PYD Suriyanın cənubunda federasiya elan etdiyini açıqlayıb
PKK terror təşkilatının Suriyadakı qolu PYD bu ölkənin cənubunda nəzarət etdiyi ərazilərdə federasiya elan edib.
Xəbərfakt.Az Gün.Az-a istinadən xəbər verir ki, bununla bağlı qərar PYD Haseke şəhərində keçirilən 2 günlük iclasında qəbul olunub. İclasa təşkilatın nəzarətində olan Afrin, Kobani (Ayn əl-Ərəb) və digər ərazilərdən 150 nümayəndə qatılıb. Demokratik Suriya Şurasına daxil olan qurumlar federasiyanın yaranmasını dəstəkləyib.
Suriya Xarici İşlər Nazirliyi PYD-nin qərarına kəskin etiraz edib və bu addımı separatçılıq kimi qiymətləndirilib. Ərəb və Türkman Tayfalar Birliyi də bunu pisləyən bəyanat yayıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner də Suriyada heç bir tam və yarım muxtariyyəti dəstəkləmədiyini, Suriyanın ərazi bütövlüyünü tanıdıqlarını açıqlayıb.
Xəbərfakt.Az