Azia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə İlkin Nəhmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş (KMBİ) İdarəsinin keçirdiyi əməliyyat zamanı saxlanılan İlkin Nəhmədov məhkəmədə əməlini etiraf edib. O, süni intellekt proqramları ilə montaj etdiyi şəkillərin silinməsi müqabilində tələbələrdən 20, 25 və 30 manat tələb etdiyini bildirib.
25 yaşlı təqsirləndirilən şəxsin əvvəllər də məhkum olunduğu məlum olub.
İstintaq orqanı İlkin Nəhmədova qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürüb. Bu maddənin sanksiyasında 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Qeyd edək ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bu kimi və digər kibercinayətlərin qarşısının alınması, onları törədən şəxslərin aşkarlanıb məsuliyyətə cəlb olunması istiqamətində fəaliyyətini davam etdirir.

Lənkəranda tanınmış hotelə BASQIN EDİLDİ

Ət yemək ömrü uzadır-BU YAŞDA