azia.az
azia.az

Rusiya BMT TŞ-nin Suriya üzrə qətnaməsinə veto qoyub

13-04-2017, 10:25

Rusiya BMT TŞ-nin Suriya üzrə qətnaməsinə veto qoyub

Veto hüququndan istifadə edən Rusiya BMT TŞ-nin Suriya üzrə qətnaməsinin qəbul edilməsinə imkan verməyib.

azia.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qətnamə layihəsi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən təqdim edilib.

Aprelin 4-də Xan-Şeyxun şəhərində kimyəvi silahdan istifadəni pisləyən qətnamədə rəsmi Dəməşqdən insidentin baş verdiyi tarixdə bütün hava əməliyyatları ilə bağlı məlumat tələb edilir.

Rusiyadan başqa qətnamənin əleyhinə Boliviya səs verib, Çin bitərəf qalıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi