Suriya ABŞ-Rusiya müqaviləsinə əməl edəcək
Suriya hökuməti Rusiya ilə ABŞ arasında imzalanan atəşkəs müqaviləsinə əməl edəcəyini açıqlayıb
Axar.az xəbər verir ki, ABŞ və Rusiya Suriyada bazar ertəsi dan yeri söküləndən etibarən atəşkəsin təmin edilməsi ilə bağlı razılaşma əldə etmişdi. Suriya hökuməti də dövlət televiziyasındakı rəsmi açıqlamasında Cenevrədə imzalanılan atəşkəs müqaviləsinin təsdiqlənildiyini və buna riayət ediləcəyini bildirib.
Açıqlamada humanist səbəblərdən başlanılan atəşkəsin ilk olaraq Hələbdə tərəflərin qəddarcasına hücumlarını sonlandıracağı deyilir.