azia.az
azia.az

Suriya müxalifəti Astana sənədindən imtina etdi

24-01-2017, 14:48

Suriya müxalifəti Astana sənədindən imtina etdiSuriya müxalifətinin Astana danışıqlarında iştirak edən nümayəndələri barışıq üzrə təminatçı ölkələrin hazırladığı yekun kommunikeni imzalamaqdan imtina ediblər

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə nümayəndə heyətinin üzvü Yəhya əl-Aridi bildirib.


O deyib ki, Rusiya, Türkiyə və ola bilsin ki, İran sadəcə olaraq öz adlarından sənəd yayacaqlar. O, eyni zamanda qeyd edib ki, müxalifət atəşkəs barədə razılaşmanın detalları üzərində iş aparır: "Biz atəşkəsə çox ciddi yanaşırıq və xırda detallara belə çox diqqət ayırırıq”.

TASS Suriya hökumətinin də kommunikeni imzalamayacağını bildirib.

Qeyd edək ki, Astanada Suriya məsələsi üzrə danışıqlar yanvarın 23-də başlayıb. Danışıqlarda Rusiya, Türkiyə, İran və BMT nümayəndələri, həmçinin Suriya müxalifətinin və hökumətinin nümayəndələri iştirak edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi