Ukraynada bütün xarici diplomatik missiyaların mühafizəsi gücləndirilib.azia.az report-a istinadən xəbər verir ki, bu barədə müvafiq fərman ölkə Prezidenti Petro Poroşenko tərəfindən verilib.
Xatırladaq ki, Polşanın Ukraynanın Lutsk şəhərində yerləşən Baş Konsulluğu dünən gecə qumbaraatandan atəşə tutulub. Ukrayna Xarici İşlər Nazirliyi bu addımı qınayaraq, onun təxribat məqsədilə qəsdən törədildiyini bildirib.