Ukraynanın Lvov vilayətində “Stepnaya” şaxtasında partlayış nəticəsində 11 nəfər ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Azad Həmkarlar Konfederasiyasının rəhbəri Aleksandr Volınets bildirib.
“Stepnaya” şaxtasında qəza baş verib. Metan partlayıb, 11 nəfər ölüb”, - o, “Facebook” hesabında yazıb.
Dövlət Fövqəladə Hallar Xidməti İdarəsindən verilən məlumata görə, hazırda qəza-xilasetmə işləri aparılır.