azia.az
azia.az

NATO-nun sabiq baş katibi Poroşenko ilə işləməyi səbirsizliklə gözləyir

29-05-2016, 07:00

NATO-nun sabiq baş katibi Poroşenko ilə işləməyi səbirsizliklə gözləyir NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun müşaviri qismində bu ölkədə təhlükəsizliyin təmin olunması üçün əlindən gələni edəcək. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu sözləri Rasmussen “Facebook” səhifəsində yazıb. Ukraynada çalışacağını səbirsizliklə gözlədiyini bildirib.

“Mən böyük məmnuniyyətlə təyinatı qəbul etdim və Ukraynada təhlükəsizliyin və islahatların tətbiqinin təmin olunması, Ukrayna-Aİ münasibətlərinin möhkəmləndirilməsi üçün əlimdən gələni edəcəm”, - deyə Anders Foq Rasmussen bildirib.
NATO-nun sabiq baş katibi Ukrayna hakimiyyəti ilə işləməyi səbirsizliklə gözlədiyini bildirib.
Qeyd edək ki, Poroşenko mayın 27-də Anders Foq Rasmusseni özünə ştatdan kənar müşavir təyin olunması barədə fərman imzalayıb.
Anders Foq Rasmussen 2009-2014-cü illərdə NATO-ya rəhbərlik edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi