azia.az
azia.az

Ərdoğan Putini Zelenski ilə görüşə razı sala bilər (ŞƏRH)

12-10-2022, 14:19


Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan oktyabrın 13-də Qazaxıstanda keçiriləcək sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Kremlin sözçüsü Dmitri Peskovun bildirdiyinə görə, liderlər Rusiyanın Ukraynada davam etdirdiyi müharibə və Rusiya-Türkiyə arasındakı ikitərəfli əlaqələri müzakirə edəcəklər. 
 
Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib ki, Astana görüşündə Ərdoğan Putini Volodimir Zelenski ilə görüşmək üçün razı salmağa çalışacaq. Politoloqa görə, Putin həmin görüşə razılıq verəcək:

"Ərdoğan çoxdan çalışır ki, Rusiya ilə Ukrayna arasındakı münasibətlər tənzimlənsin. Vəziyyət getdikcə nəzarətdən çıxır. Artıq Rusiya Ukrayna sərhədinə nüvə başlıqlarını yeritməyə başlayıb. Mövcud vəziyyətdə Ərdoğan Türkiyəni daha çox sülhə meylli aparıcı dövlət kimi gündəmə gətirməyə çalışır. İndiyə qədərki fəaliyyətilə bunu müəyyən qədər bacardığını da göstərib. Astana görüşündə Ərdoğan Zelenski ilə görüşmək üçün Putinin razılığını almağa çalışacaq və əminəm ki, Rusiya prezidentinin timsalında buna da nail olacaq. Amma Zelenski bu görüşə razılıq verməyəcək. Qərb onu buna getməyə qoymayacaq. Amma bütün hallarda Ankara əlindən gələni edəcək ki, tərəflər arasında barış olsun. Ukrayna da buna getmək məcburiyyətindədir. Son hadisələr göstərir ki, Rusiya Ukraynanın böyük şəhərlərini vurur. Rus ordusuna yeni komandanın gəlməsilə Moskvanın Ukraynaya qarşı aqressiyası da artıb”. 




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi