Ukraynalı əsirlər geri qaytarıldı
Bu gün Ukrayna və Rusiya arasında əsirlərin növbəti mübadiləsi baş tutub.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak "Facebook"da bildirib.
Onun sözlərinə görə, Rusiya daha 32 ukraynalı hərbçini sərbəst buraxıb, eyni zamanda, müharibəyə könüllü gedən İsrail vətəndaşı Dmitri Fialkanın isə meyiti qaytarılıb.