azia.az
azia.az

Rusiya Müdafiə Nazirliyi: "Türkiyə intensiv hazırlıq görür..."

4-02-2016, 18:56

Rusiya Müdafiə Nazirliyi: "Türkiyə intensiv hazırlıq görür..." “Türkiyə-Suriya sərhədində baş verənlər Ankaranın Suriyaya hərbi müdaxiləsi üçün intensiv hazırlığın getdiyini göstərir”.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
O, Rusiyanın buna şübhə etmək üçün ciddi əsaslara malik olduğunu bildirib: “Türkiyə Silahlı Qüvvələrinin Suriyaya ərazisində aktiv fəaliyyətinə gizli hazırlığın əlamətlərini getdikcə daha çox görürük”.
Konaşenkovun sözlərinə görə, bir müddət öncə Rusiya Müdafiə Nazirliyidünya ictimaiyyətinə Türkiyə artilleriya qurğularının Suriyanın Latakiya bölgəsində yaşayış məntəqələrini atəşə tutmasını əks etdirən kadrları təqdim edib: “Bizi təəccübləndirən odur ki, Pentaqon, NATO və Suriyada insan haqlarını müdafiə edən təşkilatların nümayəndələri bu hərəkətlərə reaksiya vermək əvəzinə hələ də susurlar”.
O həmçinin xatırladıb ki, Rusiya Müdafiə Nazirliyi Yaxın Şərq regionunda kəşfiyyatı gücləndirib: “Əgər Ankarada kimsə Rusiya müşahidəçilərinin uçuşunu təxirə salmaqla ilə nəyisə gizlətməyi mümkün olacağını düşünürsə, bu, qeyri-peşəkarlıqdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi