Qorbaçovun birləşdirdiyi Almaniyanı Putin parçalayacaq? - Vasadzedən ÖZƏL
Rusiya-Ukrayna savaşının səbəbləri arasında müxtəlif versiyalar səslənməkdədir. Əsas variantlardan biri dünya hegemonluğuna çalışan ABŞ və Böyük Britaniyanın Avropa Birliyini zəiflətmək istəyi ilə bağlıdır. Qərbin Rusiya ilə bütün əlaqaləri dondurması isə Avropada enerji və digər böhranlara qapı aça bilər. Enerji resursları bahalaşmasın deyə Almaniyada rusiyayönümlü aksiyalar baş verir. Hər halda Rusiya mediası xəbəri belə tirajlayır.
KONKRET.az xəbər verir ki, bu səbəbdən Nobel Sülh mükafatı alan Qorbaçovun birləşdirdiyi Almaniyanı Putinin parçalayacağı barədə söz-söhbət də gəzir. Mövzu ilə bağlı gürcü politoloq Gela Vasadzenin özəl açıqlamasını təqdim edirik:
“Əlbəttə ki, yox! Almaniyanın parçalanması barədə tezis sırf Rusiyanın narratividir (hekayə, uydurma).”
Gela Vasadze əlavə edib ki, Ukraynadakı savaş Rusiya ilə enerji daşımalarında çox bağı olan Almaniyada müəyyən problem yaradıb. Hazırda isə enerji bazarlarının yenidən format olunması istiqamətində qəliz proseslər gedir. Almaniya əhalisinin böyük hissəsi də bunun fərqindədir:
“Sual Rusiyadan qazın alınıb-alınmaması deyil. Məsələ ondadır ki, Almaniya hökuməti əhalinin itkilərini konpensasiya etməlidir. Və almanlar da onlara dəymiş ziyanın əvəzini tələb edirlər. Almaniyada baş verənlərlə bağlı başqa deyilənlər isə Rusiya təbliğat maşınının uydurmalarıdır”, – deyə Vasadze məsələyə münasibət bildirib.