azia.az
azia.az

Cütlük evlərini təmir edərkən xəzinə tapdı-DƏHŞƏT

10-10-2022, 08:54

İngiltərənin Şimali Yorkşir əyalətinin Ellerbi kəndindən olan cütlük evlərinin təmiri zamanı tapılan qızıl sikkələri 754 min funta satıb. Onlar hələ 2019-cu ildə 10 ildən çox yaşadıqları 18-ci əsrdən qalma evlərində beton döşəməni sökərkən bir neçə əsr yaşa malik və içərisində 264 qızıl sikkə olan gil qab tapıblar. Məlum olub ki, sikkələr 1610-cu ildən 1727-ci ilə qədər - Kral I Yakov, I Karl və I Corcun hakimiyyəti dövründə zərb olunub. Londonun “Spink & Son” hərrac evinin ekspertləri tapıntını 250 min funt sterlinq dəyərində qiymətləndiriblər. Lakin nəticədə xəzinə 754 min funt sterlinqə satılıb. Qeyd edək ki, sikkələr əsrlər boyu odun, kömür və dəmir filizi alveri ilə məşğul olan, həmçinin Britaniya parlamentinin deputatları olan Fernli-Meyster tacir ailəsinə məxsus olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi