Makron: "Avropa İttifaqının Rusiya qazından asılılığı 7,5%-ə endi"
"Rusiya qazının Avropa bazarlarında payı bu ilin əvvəlindən bəri 30-35%-dən 7,5%-ə qədər azalıb".
Xəbər verilir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqının Praqada keçirilən sammitinin yekununda bildirib.
Onun sözlərin görə, Norveçdən və ABŞ-dan qaz tədarükü artırılıb. Eyni zamanda, digər ölkələrlə də danışıqlar aparılır.