Kreml Ermənistanla bağlı xəbəri yalanladı
Kreml Ermənistan mediasında Rusiyanın Ermənistandan Rusiya-Belarus İttifaq dövlətinə qoşulmasını tələb etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Xəbər verilir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
“Bu, cəfəngiyyatdır”, - deyə Peskov qeyd edib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan jamanak” qəzeti öz mənbələrinə istinadən yazıb ki, Rusiya Ermənistanı İttifaq dövlətinə qoşulmağa məcbur edir.