azia.az
azia.az

Putin sabah bu qərarı dünyaya ELAN EDƏCƏK – Kiyevə ağır zərbə

29-09-2022, 17:58


Sabah Kremldə yeni ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələrin imzalanması mərasimi keçiriləcək.

Gundem.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Onun sözlərinə görə, müqavilələr Ukraynanın “referendum” keçirilən 4 vilayəti ilə imzalanacaq.

Mərasim zamanı Rusiya Prezidenti Vladimir Putinin geniş çıxışı gözlənilir.

Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi