Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı canlı yayımda gündəmlə bağlı sualları cavablandırıb.
Azia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan bir jurnalistin "Dünya nüvə müharibəsinə və ya 3-cü dünya müharibəsinə gedirmi?” sualını da cavablandırıb.
Ərdoğan suala bu cür cavab verib: "Mən bunları düşünmək istəmirəm. Bir nüvə savaşına getməyin nəticəsi fəlakətdir. Bunu nəinki danışmaq, ümumiyyətlə, düşünməmək lazımdır. Onları heç vaxt gündəmə gətirmədən diplomatiya yolu ilə həll etmək ən uyğun addım olardı”.