azia.az
azia.az

KTMT-nin xəritəsi ermənilərin narazılığına səbəb oldu - FOTO

24-09-2022, 08:50


İrəvanda səfərdə olan KTMT-nin Baş katibi Stanislav Zas dünən Ermənistan ordusunun Baş Qərargah rəisi general-mayor Edvard Asryan ilə görüşüb. Tərəflər görüş zamanı Ermənistan- Azərbaycan dövlət sərhədindəki vəziyyəti müzakirə ediblər.

Xəbər verilir ki, KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinovun görüşdən paylaşdığı foto sosial şəbəkələrin erməni seqmentində qızğın müzakirələrə yol açıb.
Görüşdən yayılan fotoda tərəflərin Azərbaycan və Ermənistan sərhədinin xəritəsini müşahidə etdiyi görünür.

Xəritədə Laçın və Naxçıvan arasında çəkilən xətt ermənilərin narazılığına səbəb olub. Bəzi erməni sosial şəbəkə istifadəçiləri KTMT-nin bu xəritə əsasında Zəngəzur dəhlizinin açılmasına razılıq verə biləcəyini qeyd edib.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi