Xanım jurnalistin geyimi prezidentlə görüşün ləğvinə gətirdi - FOTO
Kristian Amanpur Nyu Yorkda İran Prezidenti İbrahim Rəisi ilə müsahibə zamanı hicab taxmaqdan imtina etdiyinə görüş görüş ləğv olunub.
Bildirilir ki, "CNN"in müxbiri Kristian Amanpur bildirib ki, prezident Rəisi “şanlı Məhərrəm və Səfər aylarında olduğumuz üçün hicab taxın" deyib.
Amanpur bildirib ki, müşavir ona bu halda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının kənarında keçirilməsi lazım olan görüşün keçirilməyəcəyini deyib.
Qarşısında boş oturacaqla çəkilmiş fotosunu yerləşdirən Amanpur əlavə edib: "Buna görə də imtina etdik. Heç bir müsahibə olmadı. İranda etirazlar ölümlə nəticələndiyi vaxtda Prezident Rəisi ilə danışmaq çox vacib idi".
İnci