azia.az
azia.az

Kraliçanın dəfn mərasimində rəsmi qarovulun önündə niyə KEÇİ GEDİRDİ?

22-09-2022, 08:55



Kraliça II Elizabetin dəfn mərasimində rəsmi qarovulun önündə gedən keçi hər kəsin marağına səbəb olub.



Sfera.az kraliyyat qvardiyasının üçüncü batalyonunun əməkdaşı hesab olunan keçi haqqında yazı təqdim edir.


Ümumiyyətlə, kraliyyat qvardiyasında xidmət etmiş başqa keçilər də olub. Lakin, dəfn mərasimində iştirak bir ilk idi.


Mərasimdə rəsmi qarovulun önündə gedən keçinin adı Şenkindir və o, kraliyyat ailəsində çox sevilir və məşhurdur.


Şenkin xüsusilə seçilən bir “şəcərəyə” malikdir: o, Krım müharibəsindən sonra Kraliça Viktoriya tərəfindən 3-cü Kral Uels alayına verilən orijinal talisman nəslindəndir. O gündən sonra Kral ənənəsi davam edirdi və indiki dövrümüzə qədər keçi maskotları Böyük Windsor Parkında Kraliçanın seçmə sürülərindən hesab edilirdi.


1855-ci ildə Krım müharibəsində soyuq bir gecədə Pte Gwilym Jenkins adlı əsgər onu isti saxlamaq üçün paltosunun içərisinə bir keçi balası qoyur. Əsgər təsadüfən yuxuya gedir, lakin keçilər çox yaxşı eşitmə qabiliyyətinə malik olduqlarına görə rus patrulunun irəlilədiyini eşidəndə keçi balası “ağlayır”. Pte Jenkins oyanır, irəlidəki bölüyə xəbərdarlıq edir və düşmən qovulur. O vaxtdan keçi alayın uğur simvoluna çevrilir.


Xatırladaq ki, Böyük Britaniyada bir sıra hərbi heyvan maskotları mövcuddur. Maraqlıdır ki, maskotlara əsgərlə eyni imtiyazlar verilir; onlar alay nömrəsi və fəxri rütbə alırlar və dövlət hesabına onlara qulluq edilir.


Aynil





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi