ABŞ Konqresində Ermənistanın vandalizminə dair faktlar nümayiş etdirilib
ABŞ Konqresində Ermənistanın vandalizminə dair faktlar nümayiş etdirilib.
Xəbər verilir ki, bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim tviter hesabında yazıb.
“ABŞ Konqresində şəkillər və video görüntülər öz sözünü dedi. Foto və videomateriallarda Azərbaycan şəhərlərinin Ermənistan tərəfindən dağıdılması və mülki insanları öldürmək üçün yerləşdirilmiş minaların basdırılması əks olunub”, - səfir qeyd edib.
Səfir ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin bu xarabalıqları ziyarət etmək və Ermənistan tərəfindən törədilən cinayətlərə şahid olmaq istəmədiyini vurğulayıb.
“Və siz sabit və təhlükəsiz Qafqaza çağırırsınız?! İnsanlar sözlərə deyil, əməllərə inanır!”, - səfir əlavə edib.