azia.az
azia.az

“ABŞ rəsmiləri Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı görüşlər keçirir”

14-09-2022, 08:13




Ned Prays: “ABŞ rəsmiləri Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı görüşlər keçirir”
Həm ABŞ dövlət katibi Entoni Blinken, həm də Birləşmiş Ştatların regiondakı müvafiq diplomatları həmsöhbətləri ilə görüşlərini davam etdirirlər.
“ABŞ rəsmiləri Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı görüşlər keçirir”
Xəbər verilir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

Prays bildirib ki, region ölkələri Azərbaycan və Ermənistan arasında münaqişələrin dayandırılmasına çalışmalıdırlar.

"Bütün ölkələr münaqişələrin dayandırılması və gərginliyin azaldılması ilə bağlı razılığa gəlmək üçün öz təsirlərindən konstruktiv istifadə etməlidirlər”, - o deyib.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi