azia.az
azia.az

İlham Əliyev Makronla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən danışıb

5-08-2021, 22:07

İlham Əliyev Makronla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən danışıb
Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Azia.az xəbər verir ki, söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Dövlət başçıları söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi