AK Prezidenti: “Avropa İttifaqı qaz anbarlarını vaxtından əvvəl doldurub”
“Avropa İttifaqı qaz anbarlarının doldurulması məqsədinə vaxtından iki ay əvvəl nail olub”.![]()
Xəbər verilir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tvitter hesabında yazıb.
“Avropa İttifaqı səviyyəsində biz mənbələri şaxələndiririk, enerjiyə qənaət edirik. Qaz anbarımız artıq 80% doludur. Ancaq Rusiyanın yanacaqlarından asılılığımızı azaltmaq üçün bərpa olunan enerji mənbələrinə ehtiyacımız var ”, Ursula fon der Lyayen tvitterdə bildirib.