azia.az
azia.az

Super okeanı olan planet kəşf edilib

26-08-2022, 19:23

Super okeanı olan planet kəşf edilib
Monreal Universitetindən Çarlz Kadiyenin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu Drako bürcündən təxminən 100 işıq ili məsafədə yerləşən ikili sistemdəki ulduzlardan birinin orbitində fırlanan TOI-1452 b ekzoplanetinin kəşfini açıqlayıb. Güman edilir ki, bu planet super Yerdir və tamamilə okeanla örtülüdür.
Bildirilir ki, ekzoplanet TESS kosmik teleskopunun köməyi ilə tapılıb. Astronomlar Mon-Meqantik rəsədxanasından aparılan yerüstü müşahidələr sayəsində namizəd obyektin həqiqətən də super Yer sinfinə aid olduğunu təsdiqləyiblər. Planet ana ulduzunun ətrafında 11 gün ərzində fırlanır. Ana ulduzun özü isə qırmızı cırtdandır, Günəşdən çox kiçikdir. Onların arasındakı məsafə Günəşlə Pluton arasındakı məsafədən 2,5 dəfə çoxdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi