azia.az
azia.az

Generaldan xəbərdarlıq: Çernobıldan dəhşətli olacaq!

7-08-2022, 07:14

Generaldan xəbərdarlıq: Çernobıldan dəhşətli olacaq!
Zaporojye AES-də baş verə biləcək mümkün qəza Çernobıl və Fukusimada baş vermiş fəlakətlərin miqyasını üstələyəcək. Xəbər verilir ki, bu sözləri Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev deyib.
Onun sözlərinə görə, radiasiya çirklənməsinin zonası (5,3 min kv.km-dan çox) Kiyev, Zaporojye, Xarkov, Poltava, Xerson, Odessa, Nikolayev, Kirovoqrad, Vinnitsa, Donetsk və Luqansk, eləcə də Rusiya və Belarusun həmsərhəd rayonları, həmçinin Moldova, Bolqarıstan və Rumıniya əhalisinə təsir edəcək.

General əlavə edib ki, situasiya əlverişsiz hava şəraiti və Cənub-Ukrayna AES-in mümkün çirklənməsi səbəbindən gərginləşə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi