azia.az
azia.az

Ukrayna bölməsi şəxsi heyətin 90 faizini itirdi

5-06-2022, 13:51

 Ukrayna bölməsi şəxsi heyətin 90 faizini itirdi
Ukrayna qoşunlarının bəzi bölmələri Severodonetsk uğrunda gedən döyüşlərdə şəxsi heyətinin 90 faizə qədərini itirib.

Xəbər verilir ki, bunu Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev deyib.

Mizintsev söyləyib ki, ağır itki verən Ukrayna Silahlı Qüvvələrinin bölmələri Lisiçansk istiqamətində geri çəkilir.

Onun sözlərinə görə, Kiyev hakimiyyəti kimyəvi çirklənmə zonası yaratmaqla Rusiya ordusunun irəliləyişini ləngitmək üçün birləşmiş taktiki qrupa Severodonetskdə yüz ton selitra və turşu olan konteynerləri minalamaq əmri verib.

O vurğulayıb ki, Kiyev Ukrayna və Qərb KİV-lərində materiallar yaymaqla Rusiya Silahlı Qüvvələrini texnogen ekoloji fəlakət yaratmaqda ittiham etməyi planlaşdırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi