İran nüvə proqramına dair təkliflərini təqdim edib
İran nüvə proqramına dair Vyana danışıqlarının tezliklə nəticə verməsi üçün təkliflərini təqdim edib.![]()
Xəbər verilir ki, bunu İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini, Tehranın nüvə müzakirələrində nümayəndə heyətinin rəhbəri Əli Baqiri deyib.
Əli Baqiri bildirib ki, İran ABŞ-a xoşməramlılığını və məsuliyyətli olduğunu nümayiş etdirmək üçün daha bir fürsət verib: “Bunun üçün Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə tərəfdaşlarımızla, xüsusən də koordinatorla sıx əməkdaşlıq edirik".