azia.az
azia.az

Britaniyalı deputat “Azov”çuları asmağa çağıran Rusiya səfirliyini ölkədən çıxarmağa çağırıb

31-07-2022, 07:54


Rusiyanın Böyük Britaniyadakı səfirliyinin qalmaqallı tviti ada dövlətində böyük hay-küy doğurub.
Britaniyalı deputat “Azov”çuları asmağa çağıran Rusiya səfirliyini ölkədən çıxarmağa çağırıb
Xəbər verilir ki, müxalifətdə olan Leyboristlər Partiyasından olan deputat Kris Brayant Azov alayının əsir düşmüş döyüşçülərinin asılmasını tələb edən Rusiya səfirliyinin ölkədən qovulmasını tələb edib.

"Bu, qeyri-qanuni hərəkət kimi qiymətləndirilməlidir. Bu, müharibə cinayətinə çağırışdır. Böyük Britaniyanın bütün Rusiya səfirliyini Moskvaya geri göndərməsinin vaxtı çatıb. Liz Trass, siz hara baxırsız?",-deyə britaniyalı deputat yazıb.

Xatırladaq ki, Rusiyanın Britaniyadakı səfirliyi Twitter səhifəsində Azov alayının döyüşçülərinin öldürülməsinə haqq qazandıraraq, onların alçaldıcı ölümə layiq olduqlarını yazmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi