Qazaxıstan Prezidenti Məkkədə Ümrə ziyarəti edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Məkkədə Ümrə ziyarəti (kiçik Həcc) edib.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verilir.
“İyulun 24-də dövlət başçısı Qasım-Jomart Tokayev İslamın əsas ziyarətgahında - Məkkə şəhərində Ümrə ziyarəti (kiçik Həcc) etdi”, - mətbuat xidməti bildirib.
Qeyd olunub ki, Prezident müstəsna hallarda qapıları hörmətli qonaqlar üçün açıq olan Kəbəyə daxil olub.