azia.az
azia.az

İsveçrə Ukraynadan gələn yaralıların müalicəsindən imtina etdi

19-07-2022, 08:33


NATO İsveçrə hökumətindən Ukraynanın hərbi və mülki şəxslərinin müalicəsində yardım göstərməsini xahiş edib.
İsveçrə Ukraynadan gələn yaralıların müalicəsindən imtina etdi
Məlumata görə, müvafiq sorğu may ayında NATO mexanizmlərindən biri olan Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzindən alınıb və kantonlar kömək etməyə hazır olduqlarını bildiriblər.

Lakin İsveçrə Xarici İşlər Nazirliyi bunun ölkənin neytral statusunu poza biləcəyi qənaətinə gəlib.

Qurum digər idarələrə müraciət edərək hüquqi və praktiki səbəblərə görə ölkənin ukraynalı yaralıların qəbulundan imtina etdiyini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi