azia.az
azia.az

Nazir Süleyman Soylunun əmisi oğlu güllələndi

19-07-2022, 08:15

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylunun əmisi oğlu Sefa Dönmez güllələnib.
Nazir Süleyman Soylunun əmisi oğlu güllələndi
Bildirilir ki, 59 yaşlı S.Dönmez silahlı hücum nəticəsində həyatını itirib. Ona hücum edən Faruk Ulusoy adlı şəxs isə polisə təslim olub.
Axşam saatlarında Atatürk Bulvarında baş verən olayın bəzi detalları da açıqlanıb
Məlumata görə, F.Ulusoyla S. Dönmez arasında naməlum səbəbdən mübahisə yaşanıb. F. Ulusoy tapança ilə Dönmezə 5 dəfə atəş açıb. Dönmez xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb.
Aysel


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi