Ter-Petrosyanın evinə bomba qoyuldu
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın İrəvanda yerləşən evinə bomba qoyulması ilə barədə xəbər yayılıb.
Xəbər verilir ki, bu barədə jurnalistlərə keçmiş prezidentin mətbuat katibi Aram Musinyan məlumat verib.
Hazırda Ter-Petrosyanın evinə polis, kino operatorları və xilasedicilər gəlib.
Polis əməkdaşları, eləcə də Ermənistan Polisinin Patrul Xidmətinin İrəvan alayının əməkdaşları sabiq prezidentin evinə daxil olublar.