azia.az
azia.az

Yəhudi müğənni Baydenin əlini sıxmaqdan imtina etdi, gündəm oldu - VİDEO

16-07-2022, 16:00


Yəhudi müğənni Baydenin əlini sıxmaqdan imtina etdi, gündəm oldu - VİDEO
Yəhudi müğənni dinə görə Baydenin əlini sıxmaqdan imtina etdi, gündəm oldu - VİDEO
ABŞ prezidenti Co Baydenin İsrailə səfəri zamanı maraqlı hadisə baş verib.



Xəbər verilir ki, Baydenin şərəfinə təşkil olunan mərasimdə oxuyan yəhudi müğənninin ABŞ Prezidentinin əlini sıxmaması gündəm olub.



Prezident iqamətgahında baş tutan mərasim canlı yayımlanıb. Mahnı bitdikdən sonra Bayden ayağa qalxaraq Yuval Dayanla salamlaşmaq istəyib. Müğənni Baydenin əlini sıxmaqdan imtina edib. Əllərini bir-birinə sıxaraq Baydenə doğru ehtiramla əyilib.



Görüntülər sosial şəbəkələrdə yayılandan sonra Yuval Dayan bu hərəkəti ilə bağlı açıqlama verməli olub. Dayan məqsədinin Baydeni incitmək olmadığını deyərək dinə uyğun davrandığını bildirib və əl sıxma ilə bağlı dini həssaslığını daha əvvəl İsrail Prezidentinin köməkçilərinə çatdırdığını vurğulayıb.



Qeyd edək ki, yəhudi inancında toxunmamaq, əks cinsdən olan şəxslə fiziki təmasdan çəkinmək "şomer negiah" adlanır. İsraildə dindar kişi və qadınlar yaxın ailə üzvlərindən (həyat yoldaşı, uşaq, valideyn, qardaş, baba və nənə) başqa şəxslərlə fiziki təmasdan imtina edirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi