Serbiya prezidenti Baydenin "Putin getməlidir" bəyanatının təsadüfi olmadığını bildirib
"QARABAĞDA VƏZİYYƏTİN GƏRGİNLƏŞMƏSİ DƏ GÖSTƏRİR Kİ..."
Rusiya misli görünməmiş itkilər verir CƏSƏDLƏR SƏRHƏD YAXINLIĞINDA MƏHV EDİLİR...
Serbiya prezidenti Baydenin "Putin getməlidir" bəyanatının təsadüfi olmadığını bildirib
Serbiya prezidenti Aleksandar Vuçiç hesab edir ki, ABŞ prezidenti Cozef Baydenin Vladimir Putinlə bağlı sərt açıqlamaları geosiyasi münaqişənin davam etdiyindən və inkişafından xəbər verir. Onun sözlərinindən RİA Novosti sitat gətirir.
"Mənim üçün Baydenin dünənki həm birinci, həm də ikinci açıqlamaları önəmli idi. Biz başqa hər şeyi gördük, müxtəlif ölkələrdə hakimiyyət dəyişikliyi... bu onların "idmanıdır". Bunu birinci dəfə deyil ki, eşidirik", - Serbiya lideri TV Prva-nın efirində deyib.
Vuçiçin sözlərinə görə, o, Baydeni çox ehtiyatlı, ictimai çıxışlara yaxşı hazırlaşan bir insan kimi tanıyır.
"Onunla söhbətdə anladım ki, onu hazırlaşdıran komanda var. Əgər o, nəsə deyirsə, elə belə demir... Baydenin dünənki bəyanatı başqalarından daha vacib idi, çünki biz uzun mübarizə və müharibəyə hazırlaşmalıyıq, bu da məni narahat edirdi”, - Serbiya lideri bildirib.
O qeyd edib ki, bu kontekstdə Qarabağda vəziyyətin gərginləşməsi narahatlığın əsaslı olduğunu təsdiqləyir.
virtualaz.org