Böyük mafiya əməliyyatında Necati Şaşmazla bağlı ŞOK DETAL: Polisə bunları deyib…
Türkiyədə “Sarallar” mütəşəkkil cinayət təşkilatına qarşı yeni əməliyyat keçirilib.
Həbs olunanlar arasında iş adamı Erdal Acar və müğənni Elif Karlının həyat yoldaşı Ahmet Cengiz Karlı olub. Şübhəli Erdal Acar “cinayət törətmək üçün təşkilat yaratmaq” və “birdən çox şəxsi talan etmək” ittihamı ilə saxlanılıb.
Əməliyyat zamanı aktyor Necati Şaşmazla bağlı detal diqqət çəkib. Belə ki, Acarın həbsinə səbəblərdən biri aktyorun verdiyi açıqlama olub. Məlum olub ki, Şaşmaz polisə şikayətçi kimi ifadə verib və Acar haqqında ətraflı məlumat bölüşüb.
Ahmet Cengiz Karlının həbsinə səbəbi kimi isə, 3 şikayətçiyə qarşı talan etmə cinayəti törətdiyi və bunu təsdiqləyən telefon dinləmə qeydlərinin olduğu vurğulanıb.
O, “birdən çox şəxslə birlikdə talan etmək”, “cinayət törətmək məqsədi ilə yaradılmış təşkilata üzv olmaq” və “zor, hədə-qorxu və dələduzluq yolu ilə azadlıqdan məhrum etmə” ittihamları ilə həbs edilib.
Qeyd edək ki, dünən ədliyyəyə sövq edilən Ali Saral, Uğur Saral, Volkan Saral, Erdal Acar, Ahmet Cengiz Karlı və Şahin Gürzün də olduğu 91 şübhəlinin dindirilməsi bu gün səhər saatlarına qədər davam edib. İfadələri alınan şübhəlilərdən 78-i həbs tələbi ilə İstanbul Sülh Cəza Məhkəməsinə gətirilib. Hakim kabinetində dindirmələri səhərə qədər başa çatan şübhəlilərdən 40-ı tutularaq həbsxanaya göndərilib.