33 yaşlı qadının əməli ölkəni silkələdi: Azyaşlı qızları... - FOTOLAR
Yunanıstanda 9 yaşlı qızını zəhərləyərək öldürən Roula Pispirigou barədə yeni dəhşətli faktlar üzə çıxıb.
Azia.az xəbər verir ki, ananın 9 yaşlı qızını öldürməsindən sonra bundan əvvəl ölən iki uşağın məzarı açılıb. Araşdırmalar nəticəsində məlum olub ki, digər iki uşaq ananın iddia etdiyi kimi xəstəlikdən ölməyib. Məlumata görə, 3,5 və 6 aylıq uşaqların boğularaq öldüyü məlum olub. Onların ölümündə də ana şübhəli bilinir.
Qeyd edək ki, 9 yaşlı qızın bədənində zəhərli maddələr üzə çıxandan sonra onun 33 yaşlı anası tərəfindən zəhərləndiyi ortaya çıxmışdı.