İsraildən Ukrayna ilə bağlı gözlənilməz addım
İsrail Rusiya ilə münasibətləri korlamaq istəmədiyi üçün “Pegasus” casus proqramlarının Ukraynaya satışını qadağan edib. Bu barədə “The Guardian” nəşri öz mənbələrinə istinadən yazıb. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Kiyev ən azı 2019-cu ildən bəri İsraildən Ukraynada istifadə üçün proqram təminatı lisenziyası verməsini xahiş edib, lakin ölkə hökuməti onun satışına icazə verməyib. Ukrayna kəşfiyyatının yüksək rütbəli rəsmisi bildirib ki, İsrailin bu qərarı Ukrayna rəsmiləri arasında çaşqınlıq yaradıb. Mənbələr bildiriblər ki, İsrail Ukraynanın “Pegasus” vasitəsilə Rusiya mobil telefon nömrələrini hədəf almasına icazə verilməsinin Rusiya kəşfiyyat agentliklərinə qarşı təcavüz aktı kimi qiymətləndiriləcəyindən ehtiyat edir.