NATO ölkəsinin helikopteri və təyyarəsi düşdü – Çox sayda hərbçi həlak oldu / Rusiyanın işğal etdiyi…
Rumıniyanın Qara dəniz sahillərində yerləşən Dobruca bölgəsində MİG-21 hərbi təyyarəsi qəzaya uğrayıb.
Azia.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın Müdafiə Nazirliyi məluymat yayıb. Bildirilir ki, qəzadan sonra xilasetmə əməliyyatları üçün əraziyə gedən helikopter də qəzaya uğrayıb. Nəticədə helikopterdə olan 7 hərbçi və təyyarədə olan 1 pilot həlak olub. Hərbçilərin cəsədləri tapılsa da, pilotun cəsədi tapılmayıb. Qeyd edək ki, hadisə Rusiyanın işğal etdiyi Ukraynanın İlan adasında 45 kilometr məsafədə yerləşir.
Rumıniya NATO ölkəsi olduğu üçün axtarış işləri hərbi alyansın çox saydə təyyarəsi və helikopteri də qatılıb.