azia.az
azia.az

Donbassda Ukraynanın DİN rəhbəri, Rada deputatları və jurnalistlər atəşə tutuldu

20-02-2022, 09:54


Donbassda Ukraynanın DİN rəhbəri, Rada deputatları və jurnalistlər atəşə tutuldu
Ukraynanın daxili işlər naziri Denis Monastırski, hakim “Xalqın qulluqçusu” (“Sluqa naroda”) partiyasının deputatları və xarici jurnalistlər Donetsk vilayətində minaatanlardan atəşə tutulub. Onlar Ukrayna hərbçilərinin mövqelərini yoxlamaq üçün gəliblər. Bu barədə qrupda olan “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiya bildirib.
Donbassda Ukraynanın DİN rəhbəri, Rada deputatları və jurnalistlər atəşə tutuldu
RBK Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenkoya istinadən xəbər verir ki, qrup zindana sığınıb və atəşin kəsilməsini gözləyib. Geraşenkonun sözlərinə görə, xəsarət alan olmayıb. Jurnalistlər arasında CNN, Fox News, Washington Post, New York Times və digər KİV-lərin əməkdaşları olub.

“Xalqın qulluqçusu” partiyasının mətbuat katibi Yuliya Paliyçuk bildirib ki, hamı sığınacaqlara təxliyə edilib. Paliyçuk həmçinin işıqsız sığınacaqda insanları əks etdirən video da paylaşıb. Çəkiliş zamanı partlayış səsi eşidilib. Digər bir videoda “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiya deyib ki, qrup Ukrayna qüvvələrinin mövqelərinə baxış keçirirdi.

ATƏT-in Xüsusi Monitorinq Missiyasının məlumatına görə, fevralın 17-də axşam saatlarında gün ərzində Donbasda atəşkəs rejimi 870 dəfə pozulub. Bununla yanaşı, Donetsk vilayətində 135, Luqansk vilayətində isə 519 partlayış baş verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi