Futbol üzrə Azərbaycan yığması Ukrayna ilə qarşılaşa bilər
Azərbaycan və Ukraynanın futbol üzrə milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.
Bu barədə Ukrayna Futbol Federasiyasının vitse-prezidenti Vladimir Laşkul milli komandanın Avropa çempionatına hazırlıqları barədə danışarkən məlumat verib.
Onun sözlərinə görə, Ukrayna çempionatının mayın 15-də başa çatacağını nəzərə alaraq, ayın 19-dan 22-nə və ya 27-dək İtaliyada komandanın bərpa və sağlamlıq toplanışı keçiriləcək. Mayın 27-dən isə iyunun 7-dək milli komanda İsveçrədə təlim-məşqə başlayacaq. Həmin bu vaxt kəsiyində komanda mayın 29-da Rumıniya, iyunun 3-də Albaniya və üç gündən sonra Moldova ilə qarşılaşmalıdır. Sonuncu ilə danışıqlar hələ ki, davam etdiyindən, imtina alınacağı təqdirdə, onun yerinə Azərbaycan millisi ilə danışıqlar aparılacaq.