Mosul əməliyyatı başlayır – İŞİD-in sonu çatdı
Şarl de Qoll” hərbi gəmisindən qalxan Rafale qırıcılarının Mosuldakı İŞİD mövqelərini hədəf alması böyük əməliyyatın olacağıdan xəbər verir Bunu Fransa Müdafiə naziri Jan Lves Le Drian deyib.
“Prezident Fransua Ollandın təlimatı ilə hərbi təyyarələrimiz bu gün Mosulda İŞİD-ə qarşı əməliyyat təşkil etdi. Sözügedən əməliyyatlar bölgədəki koalisiya qüvvələrini dəstəkləmək üçün idi. Mosulun İŞİD-dən alınması üçün çox yaxın genişmiqyaslı əməliyyatlara başlanılacaq”,- Drian bildirib.
Qeyd edək ki, ötən ildə Parisdə baş verən silsilə terror aktlarından sonra Fransa İŞİD-ə qarşı aktiv hərbi əməliyyatlara başlamışdı.(axar.az)