azia.az
azia.az

İŞİD Avropanı və ABŞ-ı yeni terror aktları ilə hədələdi

23-05-2016, 06:13

İŞİD Avropanı və ABŞ-ı yeni terror aktları ilə hədələdi “İraq Şam İslam Dövləti” terror təşkilatı tərəfdarlarını iyunun 7-də başlayacaq Ramazan ayında Qərb ölkələrində terror aktları törətməyə çağırıb. Musavat.com xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Agentlik internetdə yayılan təbliğat çarxına istinad edib. Kadrlarda İŞİD silahlısı bütün dünyada, xüsusilə, Avropa və Amerikada “kafirlərə qarşı fəlakət ayı” yaşatmağa çağırır.
Qeyd edək ki, Avropada mümkün terror hücumları ilə bağlı Avropolun rəhbəri Robert Ueynrayt da xəbərdarlıq etmişdi. Fransa əks-kəşfiyyatının rəhbəri Patrik Kalvar isə insanların gur olduğu yerlərdə partlayışlar törədilməsi riskinin olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi