İrandan havalanan Rusiya təyyarələri İŞİD-i vurdu
İrandan havalanan Rusiya təyyarələri Suriyada İŞİD-i hədəf alıb. Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Rusiya ilə İran arasındakı razılaşmanın ardından bu gün ilk dəfə Rusiyanın bombardman təyyarələri İranın Həmədandakı aerodromundan havalanaraq Suriyadakı İŞİD mövqelərini atəşə tutub.
Həmədandakı aerodromundan havaya qalxan Rusiyaya aid TU–22M3 ağır hərbi təyyarələrinin fotolarını yayımlayan İran mediası bunu Rusiya ilə İran arasındakı yeni hərbi razılaşmanın göstəricisi kimi qələmə verilib.
Bundan sonra Rusiya təyyarələrinin Həmədan aerodromunu istifadə etməklə hərəkat xərclərini 60 faiz azaldacağı deyilir.
Xəbəri rəsmən təsdiqləyən Rusiya Müdafiə Nazirliyindən verilən məlumatda isə ilk dəfə İranın səmasında göyə qalxan Rusiya təyyarələri ilə Suriyanın Hələb, Deyr ez Zor və İdlib kəndlərində İŞİD və El Nusra Cəbhəsi ( yeni adı ilə Fetih el Şam) hədəflərinin vurulduğu deyilir.