Övladlığa götürdüyü uşağını 5 il atası zorladı - DƏHŞƏT ƏMƏL
Moskvaətrafı qəsəbələrdən birində yaşanan təcavüz hadisəsi hər kəsi heyrətə salmaqla yanaşı, qəzəbinə səbəb olub.
"Moskovski komsomolets" qəzetinə istinadən xəbər verilir ki, ata övladlığa götürdüyü 14 yaşlı qızı beş il zorlayıb. Hətta ən iyrənci odur ki, qız ailəsini dəyişdikdən sonra belə ondan əl çəkməyib. Doqquz yaşında ilk dəfə zorlanan qız baş verənlər barədə kimsəyə bir söz deməyib. Lakin baş verən hadisə onun psixikasına ciddi təsir edib. Aqressiv və davakar olub. Qızı düşdüyü ikinci ailədə belə izləməkdə davam edən "ata"nın hərəkətlərindən bezən yeniyetmə sonda polisə şikayət etmək qərarına gəlib. İndi də pedofil barəsində cinayət işi qaldırılıb.