Azia.az: Şagirdlərin olduğu avtobusu sel belə apardı. İordaniyada avtobusun sel suları altında qalması nəticəsində ölənlərin sayı 17-yə çatıb, onlarla adam xəsarət alıb.
Hadisə Ölü dənizi yaxınlığında baş verib. Bildirilir ki, xilasedicilər 34 nəfəri sağ tapıblar. Qeyd edək ki, şagirdlərin olduğu avtobus körpü üzərindən keçərkən güclü leysan başlayıb. Nəticədə su axını körpünü dağıdıb, avtobus isə suya düşüb. (oxu.az)