azia.az
azia.az

"Ukrayna heç vaxt Rusiyaya qalib gələ bilməyəcək"

Bu gün, 22:37

Ukrayna Rusiya ilə müharibədə hərbi qələbə qazana bilməyəcək.

Xəbər verilir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krozetto ölkə Senatında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Ukrayna ilə Rusiya arasında hərbi güc və resurslar baxımından böyük fərq var.

“Ukrayna müharibədə qalib gələ bilməz və heç vaxt qalib gələ bilməyəcək. Ukrayna sağ qalmağa çalışır”, – Krozetto vurğulayıb.

O qeyd edib ki, Ukraynanın əsas uğuru Rusiyanın hücumlarına baxmayaraq, müstəqil dövlət kimi mövcudluğunu qorumasıdır.

Nazir Ukraynanın müqavimət göstərməsində Qərbin hərbi və siyasi dəstəyinin mühüm rol oynadığını da bildirib.

Krozetto İtaliyanın Ukraynaya dəstəyinin davam etdirilməsinin vacibliyini vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi