azia.az
azia.az

Şəmkirdə əsgər Orxan Şabanovun ölümünə görə iki nəfər saxlanıldı

Bu gün, 09:44

Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs edilib.

Xəbər verilir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib.

Onlar saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir.

Xatırladaq ki, Lənkəran şəhərindən olan əsgər Orxan Şabanov 1 il 3 ay hərbi xidmət keçdikdən sonra oktyabrın 13-də xidmət etdiyi hərbi hissədə aldığı güllə yarasından həlak olub. O, oktyabrın 14-də Lənkəran şəhərindəki qəbiristanlıqda dəfn edilib (oxu.a)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi