azia.az
azia.az

Bahaçılıq və miqrant axını BU ÖLKƏNİ kütləvi əhali itkisi ilə üz-üzə QOYUB

Bu gün, 09:33

Mənzil və ərzaq qiymətlərinin kəskin artması, eyni zamanda gəlmə miqrantlarla artan rəqabət fonunda Litva vətəndaşları yaşamaq və işləmək üçün getdikcə daha çox xarici ölkələrə üz tutur.

32gun.az bildirir ki, "LRT" nəşrinin verdiyi məlumata görə, ölkədən köçənlərin sayı sürətlə artarkən, vətənə qayıdanların sayında nəzərəçarpan azalma müşahidə olunur və bu ilki əhali axını son altı ilin ən yüksək həddinə çatıb.

"Luminor" bankının baş iqtisadçısı Jigilmantas Mauritsas bildirib ki, ilin yekunlarına əsasən Litvada uzun fasilədən sonra ilk dəfə olaraq vətəndaşların miqrasiya balansı mənfiyə düşə bilər. Bu gərginlik fonunda respublika rəhbərliyi Avropa İttifaqının miqrant kvotasından imtina etmək üçün pul ödəmək variantını ciddi şəkildə nəzərdən keçirir. Baş nazir Mindauqas Sinkyaviçyusun sözlərinə görə, ölkə Kiprdə olan 58 miqrantı qəbul etməyi, qalan kvota üçün isə qəbul etmədiyi hər miqranta görə ümumilikdə 1,4 milyon avro kompensasiya ödəməyi planlaşdırır.

Nilay 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi