"Sputnik V”nin Avropada qeydiyyatdan keçməməsinin səbəbi açıqlandı
Avropa Dərman Agentliyi (EMA) "Sputnik V” peyvəndi ilə bağlı məlumatlara malik deyil.
RİA Novosti xəbər verir ki, agentliyin nümayəndəsi Marko Kavaleri bu səbəbdən Rusiya vaksininin qeydiyyatdan keçə bilmədiyini deyib.
Onun sözlərinə görə, agentlik beş vaksini - Rusiyanın "Sputnik V", Almaniyanın "CureVac", Amerikanın "NovaVax", Çinin "Sinovak" və Fransanın "Sanofi Pasteur" şirkətinin vaksinini nəzərdən keçirir.
Məlumat çatışmazlığı səbəbindən EMA hələlik "Sputnik V"nin qeydiyyatının konkret tarixlərini açıqlaya bilmir: "Şirkətlərlə kifayət qədər konstruktiv danışıqlar apardıq, lakin tədricən yoxlama prosedurunda irəliləyişə nail olmaq üçün daha çox məlumata ehtiyacımız var".
Xatırladaq ki, RDIF yanvarın 29-da AB-də vaksin qeydiyyatı üçün ərizə verib.
EMA-da yalnız dörd peyvənd qeydə alınıb - "AstraZeneca", "Johnson & Johnson", "Pfizer/BioNTech" və "Moderna".Qaynarinfo